VİDEO-Bakıda ağır qəzadan sonra

VİDEO-Bakıda ağır qəzadan sonra

11 Yanvar 2012 21:47
Bəyəndim (0) Bəyənmədim (0)
İnsanlar təşviş içərisində idilər

Xəbər verdiyimiz kimi, bu gün Bakının Süleyman Tağızadə küçəsində yerləşən Bakı Avropa Liseyinin qarşısında "Kamaz" markalı avtomobil aşıb. Nəticədə, orada dayanan 4-5 maşın əzilib.

Hadisə yerində olan şahidlərin verdikləri məlumata görə, "KamAZ" markalı avtomobil 177 saylı avtobusla toqquşub. Nəticədə, "KamAZ" liseyin 1-ci korpusuna çırpılıb və dayanacaqda olan 5 minik avtomobilinin üstünə aşıb. Qəza zamanı avtobus aşıb. Avtobusun qapıları bağlandığından, sərnişinlər xilasedicilər tərəfindən avtobusdan çıxarılıblar. Qəza zamanı qaz xətti qırılıb və liseyin 1-ci korpusuna qaz sızıb. "Azəriqaz"-dan verilən məlumata görə, qaz sızması çox olduğundan, həmin əraziyə qaz verilişi dayandırılıb. Əraziyə qazın verilişi günün sonunadək bərpa oluna bilər.
"KamAZ"-ın sürücüsü Akif Ağamirzəoğlu isə bildirib ki, əyləc sistemi işləmədiyindən yolun kənarındakı bir neçə avtomobili vurub və sonra Bakı Avropa Liseyinin binasına çırpılıb. Hadisə zamanı 2-3 nəfər yüngül xəsarət alıb. Oxumeni.az-ın müxbirinin hadisə yerindən çəkdiyi görüntüləri sizlərə təqdim edirik.

O.M