Bu dəqiqələrdə Bakıda yol-nəqliyyat hadisəsi baş verdi

Bu dəqiqələrdə Bakıda yol-nəqliyyat hadisəsi baş verdi

11 Yanvar 2012 20:04
Bəyəndim (0) Bəyənmədim (0)
Xəbərdarlıq nişanı olmadığı üçün avtomobil xəndəyə düşdü

Bu dəqiqələrdə Bakı şəhəri Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Küçənin Alatava istiqamətində döngəsində 30-BF-264 dövlət nömrə nişanlı "Land Cruiser" markalı maşın dərəyə düşüb. Daha doğrusu, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yolda aparılan təmir işləri zamanı yolda xəndək qazılıb. Lakin bu barədə heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Sürücü gözlənilmədən döngəyə girərkən həmin xəndəyə yuvarlanıb. Hazırda avtomobilin hadisə yerindən çıxarılması mümkün olmayıb. Qəza küçə boyu böyük bir tıxacın yaranmasına səbəb olub.

Bir gün xalqa quyu qazan öz quyusuna düşəcək...

Murad Şahməmmədov

O.M.