Azərbaycanda 10 yanvarın kriminal xronikası

Azərbaycanda 10 yanvarın kriminal xronikası

11 Yanvar 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 24 nəfər isə yaralanmışdır.

16 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Gədəbəy rayon sakini Məzahir Xəlilova bıçaqla xəsarət yetirmiş Ceyhun Aslanov tutulmuşdur

10.01.2012

Yanvarın 10-da Şəmkir şəhərində şəhər sakini Ceyhun Aslanov münaqişə zəminində Gədəbəy rayon sakini Məzahir Xəlilova bıçaqla xəsarət yetirmişdir. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Aslanov tutulmuşdur.

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2012

Yanvarın 10-da saat 12.25 radələrində Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində Lənkəran rayon sakini Fuad Nəsirov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişini İlkin Xandəmirov olu hadisə yerində ölmüşlər.

Suraxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2012

Yanvarın 10-da saat 12.25 radələrində Suraxanı qəsəbəsi ərazisində şəhər sakinləri Fazil Nəzərovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınla Məmməd Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə M.Məmmədovun xəsarət almış 10 sərnişini xəstəxanaya yerləşdirilmişlər.

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2012

Yanvarın 10-da saat 18.00 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakinləri Əziz Muradovun idarə etdiyi "Mercedes" və Yalçın Muradovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış hər 2 sürücü və hadisə yerinin yaxınlığında olan şəhər sakini İslam İbadi xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2012

Yanvarın 10-da saat 13.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Leyla İsmayılova vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir.

Ramana qəsəbə sakini Canbaxış Əliyev 1,12 kq marixuananı satarkən tutulmuşdur

10.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canbaxış Əliyev 1 kiloqram 120 qram marixuananı satarkən tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2012

Yanvarın 2-də saat 22.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Maarif Əkbərov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Sabirabad rayon sakini Əkbər Bayramovdan narkotik vasitə götürülmüşdür

10.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Bayramov 100 qram marixuananı satarkən tutulmuşdur. Onun evinə baxış zamanı oradan 1 kiloqram 125 qram marixuana aşkar edilərək götürülmüşdür.

Bakı şəhər sakini Nailə Məmmədova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə cinsi istismar məqsədi ilə apardığına görə tutulmuşdur

10.01.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Nailə Məmmədova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə cinsi istismar məqsədi ilə apardığına görə tutulmuşdur.

Reyhan Atayevaya qarşı zor tətbiq edərək içərisində çantasını ondan alıb hadisə yerindən qaçmış Rövşən Cəfərov tutulmuşdur

10.01.2012

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 24-də Reyhan Atayevaya qarşı zor tətbiq edərək içərisində 12.600 manat pul olan çantasını ondan alıb hadisə yerindən qaçmış Rövşən Cəfərov tutulmuşdur.

Kürdəmir rayon sakini Rövşən Səfərov tutulmuşdur

10.01.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Bakı-Böyük Kəsik sərnişin qatarında Bakı şəhər sakini Müşkünaz Məmmədovanın 30 manat pulunu oğurlamış Kürdəmir rayon sakini Rövşən Səfərov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Tağıyev, Maqsud Qəhrəmanov və Ülvi Əsədov tutulmuşlar

10.01.2012

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Zibəndə Rzayevanın evindən 4000 manat pul və qızıl əşyaları oğurlamış şəhər sakinləri Orxan Tağıyev, Maqsud Qəhrəmanov və Ülvi Əsədov tutulmuşlar.

Qaçırdığı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş Binəqədi rayonu ərazisində şəhər sakini Orxan Əzimov tutulmuşdur

10.01.2012

Yanvarın 9-da Binəqədi rayonu ərazisində şəhər sakini Orxan Əzimov tanışı Şirin Şirinova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və onu idarə edərkən maneəyə vurmuşdur. O.Əzimov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Eldar Əliyev, Şərifə Nadirova və Vahid Həsənov saxlanılmışlar

10.01.2012

Salyan və Yevlax RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Məcidova Svetlanaya məxsus mağazadan 250 manat dəyərində geyim əşyaları və yataq dəsti oğurlamış Yevlax rayon sakinləri Eldar Əliyev, Şərifə Nadirova və Vahid Həsənov saxlanılmışlar.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayon Bədəlan kənd sakini Şahnənə Ağarzayeva ölmüşdür

10.01.2012

Yanvarın 4-də saat 18.00 radələrində Masallı rayonunun Bədəlan kəndi ərazisində rayon sakini Möhsüm Bəşirov "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakini Şahnənə Ağarzayevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 10-da orada ölmüşdür.

Yüksək səsyayıcı qabiliyyətinə malik olan oyuncaqlar götürülmüşdür

10.01.2012

Cəlilabad RPŞ əməkdaşları tərəfindən rayon sakinləri Vətən Şahbazovdan, Rauf Cəfərovdan, Mehman Abbasovdan və Mehman Qəmbərovdan 560 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan oyuncaqlar götürülmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

10.01.2012

Yanvarın 10-da Abşeron rayonunun Digah qəsəbə sakini Hafiz Şamilov və Kəpəz rayonunun Sevinc qəsəbə sakini Kəmalə Rəhimova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

O.M.