Pirşağıda oğurluq hadisəsi baş verdi

Pirşağıda oğurluq hadisəsi baş verdi

11 Yanvar 2012 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, yanvarın 6-da Pirşağı qəsəbəsində yaşayan Zibəndə Rzayevanın həyətində yerləşən qarajdan divarı sökmə yolu ilə mənzilə keçməklə 4000 manat və qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Tağıyev, Maqsud Qəhrəmanov və Ülvi Əsədov yanvarın 10-da tutulublar.

O.M.