Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verdi

Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verdi

11 Yanvar 2012 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rayon Prokurorluğundan verilən məlumata görə, intihar hadisəsi ötən gecə rayonun Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 43 b, mənzil 40 ünvanında qeydə alınıb. Həmin ünvanda ustalıq edən, İmişli rayon Xoşçobanlı kənd sakini, 1984-cü il təvəllüdlü Mehdi Ramiz oğlu Rəhimov işlədiyi mənzildə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.