Milyarder İ.Mahmudovun cinayət işi Rusiyaya ötürüldü

Milyarder İ.Mahmudovun cinayət işi Rusiyaya ötürüldü

10 Yanvar 2012 14:37
Bəyəndim (0) Bəyənmədim (0)
İsgəndər Mahmudov və Oleq Deripaski İspaniyada çirkli pulları qanuniləşdirməklə məşğul olublar

Rusiyalı biznesmen İsgəndər Mahmudov barəsində İspaniyada qaldırılmış cinayət işi Rusiyaya ötürülüb. İnterfax-ın məlumatına görə, cinayət işi iri həcmli olduğu üçün onlarla cildin Rusiyaya gətirilməsi bir aydan çox vaxt tələb edib. Materialların daşınması ötən ilin dekabrında başa çatıb. Məlumatda o da bildirilir ki, Rusiya biznesmenləri İsgəndər Mahmudov və Oleq Deripaski İzamaylovsk cinayətkar dəstəsini təmsil edirlər.

Gazeta.ru-nun məlumatına görə, adıçəkilən milyarderlər 2001-2005-ci illər ərzində İspaniyanın "Vera Metalurgica" firması vasitəsilə çirkli pulları qanuniləşdirməklə məşğul olublar. 2009-cu ilin oktyabr ayında İspaniya polisi "Arı" kod adı ilə biznesmenlərin yaxalanması əməliyyatını həyata keçiriblər. Əməliyyatda 6 nəfər tutulub.

O.M.