Aeroport yolunda avtobus aşdı

Aeroport yolunda avtobus aşdı

10 Yanvar 2012 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 12.30 radələrində Aeroport yolunda Yeni Suraxanı istiqamətində hərəkət edən marşrut avtobusu minik maşını ilə toqquşaraq aşıb. Nəticədə, 10-a yaxın sərnişin xəsarət alıb. Qəza baş verən ünvana 3 həkim briqadası göndərilib. Qəza nəticəsində yaralanan 5 nəfər xəstəxanaya aparılıb. Digər yaralılara isə yerində yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

O.M.