Gəncədə 2 mağazadan oğurluq etmiş şəxs tutuldu

Gəncədə 2 mağazadan oğurluq etmiş şəxs tutuldu

10 Yanvar 2012 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 9-da Gəncə şəhər Şah İsmayıl Xətai prospektində yerləşən, Murad Qasımova məxsus, Fikrət Əmirov küçəsində yerləşən, Qəhrəman Cabbarova məxsus mağazalardan oğurluq edilib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mağaza sahiblərinə ümumilikdə 1500 manat dəyərində zərər vurmuş Gəncə sakini, 40 yaşlı Fəxrəddin İsmayılov tutularaq istintaqa cəlb edilib. Fəxrəddin İsmayılov ilkin dindirilmə zamanı oğurluq etdiyini etiraf edib. Həbs olunmuş Gəncə sakini F. İsmayılov bundan öncə 3 dəfə oğurluq etdiyi üçün üst-üstə 15 il həbsdə olub. Sonuncu dəfə isə həbsdən dekabrın 29-da çıxıb.

O.M.