Bakıda qətl hadisəsinin üstü açıldı

Bakıda qətl hadisəsinin üstü açıldı

10 Yanvar 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi məlumat verir ki, ötən il iyunun 29-da Əbilov küçəsində Bakı şəhər sakinləri Babaəli Qəmbərov mübahisə zəminində Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetirib. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə axtarışda olan Babaəli Qəmbərov Maştağa qəsəbəsində yerləşən, bibisi Ziba Cabbarovaya məxsus bağ evində yaxalanıb. Ondan 1 ədəd patronu ilə birlikdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edək ki, məlum qətl hadisəsi mülk üstündə baş verib. Belə ki, qətlə yetirilən Eyvaz Həkimovla Balaəli Qəmbərlinin arasında uzun illərdir mülk davası olub. Onların mübahisəsi 10 ildir məhkəmə çəkişmələrində davam edib. Hətta iş Ali Məhkəməyə qədər uzanıb. Son məhkəmə isə Bakı Apellyasiya Məhkəməsində olub. Apellyasiya instansiyası bir neçə ay əvvəl Nəsimi rayon Məhkəməsinin Eyvaz Həkimovun əleyhinə çıxardığı qətnaməni ləğv edib və onun iddiasını təmin edib. Bu isə Baləli Qəmbərlini hiddətləndirib. O, mübahisə zəminində tüfənglə Eyvazın ürəyinə atəş açaraq öldürüb.

O.M.