Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

10 Yanvar 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi məlumat verir ki, Bakıda avtomobil sərnişin avtobusu ilə toqquşub, iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Veysəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil 207 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə, "VAZ-2106"nın sürücüsü və maşında olan sərnişin Həbib Aydın oğlu Nəbiyev aldığı xəsarətlərdən dünyasını dəyişiblər. Sərnişin avtobusunda bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

O.M.