Azərbaycanda 06 yanvarın kriminal xronikası

Azərbaycanda 06 yanvarın kriminal xronikası

7 Yanvar 2012 14:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir

13 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər öımüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş vermişdir

06.01.2012

Yanvarın 6-da Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Rabil Musayev münaqişə zəminində Rəfayel Fərəcova, onun qardaşı Kamilə bıçaqla xəsarət yetirmiş və bu zaman özü də xəsarət almışdır. Rəfayel aldığı xəsarətdən hadisə yerində ölmüş, Kamil və Rabil isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Naməlum şəxslər Sumqayıt şəhər sakini Əsgər Rüstəmovun və Bakı şəhər sakini Səfurə Şükürovanın etimadını qazanaraq kartından istifadə etməklə bankomatdan pul çıxarmışlar

06.01.2012

Yanvarın 6-da Sumqayıt şəhəri ərazisində naməlum şəxs şəhər sakini Əsgər Rüstəmovun etimadını qazanaraq onun kartından istifadə etməklə bankomatdan 153 manat pulunu çıxararaq mənimsəmişdir.
2011-ci il dekabrın 28-də Yasamal rayonu ərazisində naməlum şəxs şəhər sakini Səfurə Şükürovanın etimadını qazanaraq onun kartından istifadə etməklə bankomatdan 210 manat pulunu çıxararaq mənimsəmiş və ona başqa kart vermişdir.

Quba rayonunun Qonaqkənd qəsəbə sakini Sultanməcid Osmanova məxsus evdə yanğın baş vermişdir

06.01.2012

Yanvarın 6-da Quba rayonunun Qonaqkənd qəsəbəsində qəsəbə sakini 86 yaşlı Sultanməcid Osmanova məxsus evdə yanğın baş vermişdir. Nəticədə yataq dəsti yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılmışdır.

Qarakedəyev Bəhəddinin əlindən 20000 manat pulunu alaraq qaçmış Mərdan Xankişiyev tutulmuşdur

06.01.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Qarakedəyev Bəhəddinin əlindən 20000 manat pulunu alaraq qaçmış Mərdan Xankişiyev tutulmuşdur.

Bakı şəhər sakini Həzrətqulu İmanovdan 448,4 qram heroin götürülmüşdür

06.01.2012

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Həzrətqulu İmanovdan 448,4 qram heroin götürülmüşdür.

Bağ evinin darvazasını oğurlamış Bakı şəhər sakini İlkin Sultanov tutulmuşdur

06.01.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Nihad Ağayevin bağ evinin darvazasını oğurlamış şəhər sakini İlkin Sultanov tutulmuşdur.

Cəlilabad rayon Təzəkənd kənd sakini Fikrət Ağayevdən 1,975 kq həşiş götürülmüşdür

06.01.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kənd sakini Fikrət Ağayevdən 1 kiloqram 975 qram həşiş götürülmüşdür.

Şərur rayon sakini Əli Mehdiyev və rayonunun Gümüşlü kənd sakini İntiqam Məmmədov tapdıqları odlu silah-sursatı təhvil vermişlər

06.01.2012

Şərur rayon sakini Əli Mehdiyev tapdığı 3 ədəd avtomatı, 2 ədəd "Naqan" tipli tapançanı, 5 ədəd qumbaranı, 5 ədəd qaz tapançasını, 3 ədəd ov tüfəngini, 1 ədəd pnevmatik tüfəngi, 12 ədəd patron darağını və 1571 ədəd müxtəlif çaplı patronları könüllü olaraq Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinə təhvil vermişdir.
Şərur rayonunun Gümüşlü kənd sakini İntiqam Məmmədov tapdığı 1 ədəd avtomat silahını, 76 ədəd avtomat patronunu və 4 ədəd patron darağını könüllü olaraq Şərur RPŞ-yə təhvil vermişdir.

Oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvili tutulmuşdur

06.01.2012

Bakı şəhər BPİ, Gəncə şəhər BPİ və Xətai RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il sentyabrın 28-də Sevda Süleymanovanın mənzilindən 500 manat pul və qızıl əşyaları, 2011-ci il noyabrın 22-də Məhəmməd Osmanovun mənzilindən isə qızıl əşyaları oğurlamış Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvili tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

06.01.2012

Yanvarın 5-də Abşeron rayonu sakinləri Nəzakət Xudiyeva, Nemət Əsgərov, Türkan Quluzadə və Əfsanə Mirzəyeva öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Tovuz rayon sakini Məzahir Qasımov 7-ci mərtəbədən yıxılaraq ölmüşdür

06.01.2012

Yanvarın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində "Yeni Bakı" yaşayış kompleksində, orada işləyən Tovuz rayon sakini Məzahir Qasımov 7-ci mərtəbədən yıxılaraq ölmüşdür.

O.M.