Həbsxanaya ziyarətə gələrkən həbs olundu

Həbsxanaya ziyarətə gələrkən həbs olundu

5 Yanvar 2012 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Həmin müəssisədə saxlanılan Nadirov Musa Məhəmməd oğlunun yanına gələn qardaşı Yadulla Nadirovun gətirdiyi sovqata baxış keçirilərkən şirə qutusunun içərisindən 1,690 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

O.M.