Xırdalanda yeniyetmə qətl törətdi
Abşeron Rayon Polis Şöbəsindən bildirilir ki, ötən gecə Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb. Şəhər sakini, 18 yaşlı Əmir Azər oğlu Rzayev qısqanclıq zəminində, tanışı 22 yaşlı Kənan Oruc oğlu Hümbətovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
O.M.
Digər xəbərlər