Şəmkir rayonunda cinayət hadisəsi baş verib

Şəmkir rayonunda cinayət hadisəsi baş verib

20 Aprel 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Bir nəfər həyatını itirib

Şəmkir rayonunda qətl hadisəsi baş verib. Rayon Polis şöbəsindən verilən məlumata görə, qanlı hadisə aprelin 19-da Düyərli kəndi ərazisində törədilib. Kənd sakini 17 yaşlı Səid Allahverdiyev , Zəyəm Cırdaxan kənd sakini 16 yaşlı Elnur Nəsibov tərəfindən bıçaqla qətlə yetirilib.


Hadisə Düyərli kəndindəki çayxanada baş verib. Hadisəyə səbəb Səidin E.Nəsibovun bir neçə gün əvvəl vəfat etmiş atasını söyməsi olub. Atasının söyülməsinə dözməyən E. Nəsibov cibindən çıxardığı bıçaqla onun ürəyindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da , onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hər iki gənc orta məktəb şagirdidir.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Elnur Nəsibovu həbs edərək istintaq qrupuna təhvil veriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Dildə sümük olsa, möhkəm olar, başa bəla gətirməz...

Elvin Babayev

O.M.