Bakı Şamaxı yolunun Sulutəpə ərazisində avtobus minik avtomobili ilə toqquşdu

Bakı Şamaxı yolunun Sulutəpə ərazisində avtobus minik avtomobili ilə toqquşdu

4 Yanvar 2012 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şamaxı yolunun Sulutəpə ərazisində Ruslan Allahverdiyev küçəsinə döngədə Bakı istiqamətindən gələn 10 TG 532 dövlət nömrə nişanlı 156 saylı marşrut avtobusu qarşı tərəfdən gələn Mercedes markalı avtomobillə toqquşub. Avtobus döngədə dönmə işıqlarını işə salsa da, yüksək sürətlə gələn maşın idarəetməni itirərək onunla üzbəüz dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Murad Şahməmmədov

O.M.