Sirkdə aslan dişləmiş uşaq reanimasiyaya yerləşdirildi

Sirkdə aslan dişləmiş uşaq reanimasiyaya yerləşdirildi

4 Yanvar 2012 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Blaqoveşensk şəhərində qastrol səfərində olan "Liqer" sirkinin aslanı çıxış zamanı gözlənilmədən tamaşaçılara hücuma keçdi. Ön sırada əyləşən 3 yaşlı körpənin üstünə cumdu. Uşağın valideynləri və əhliləşdiricilər güc-bəla ilə aslanı ondan aralaya bildilər. "Интерфакс - Дальний Восток" xəbər agentliyinin məlumatına görə, uşaq ağır vəziyyətdə Blaqoveşensk şəhəri klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Cinayət işinin açılması məsələsi müzakirə olunur.

Aslanı min illət boyu təbiət əhliləşdirə bilməyibsə, insan heç vaxt ram edə bilməz...

Murad Şahməmmədov

O.M.