Yeni il gecəsi oğurlanmış Elvira bu gün tapıldı

Yeni il gecəsi oğurlanmış Elvira bu gün tapıldı

2 Yanvar 2012 15:04
Bəyəndim (0) Bəyənmədim (0)
1 yaşlı körpəni valideynlərinin ailəvi dostu oğurlamışdı

Bir yaşlı Elvira Süleymanova 31 dekabr axşamı müəmmalı şəkildə yoxa çıxmışdı. Rusiyanın Lifenews.ru saytının məlumatına görə, polislər bu gün körpəni şəhərdəki mənzillərdən birində aşkar ediblər. Artıq Elvira xəstəxanada həkimlərin ciddi nəzarəti altında özünə gəlməyə başlayıb. Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İstintaq İdarəsi bildirir ki, körpəni oğurlamış qadının axtarışları davam edir.

31 dekabr axşamı 1 yaşlı S.Elvira valideynlərinin ailəvi dostunun qurbanı oldu. Ata-ana pirotexniki qurğunu işə salmaq üçün həyətə çıxdılar. Elvira qonağın yanında qaldı. Valideynlər geri qayıtdıqda, nə körpəni, nə də qonağı tapa bilmədilər. Bütün tanışlar, qonşular saatlar boyu körpənin axtarışına davam etsələr də, müsbət nəticə əldə olunmadı. Polisə müraciət edildi. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün Elvira Süleymanova tapılaraq xəstəxanaya yerləşdirildi.

Yeni il gecəsi dərd gətirsə də, yeni ilin ilk günləri xoşbəxtlik gətirdi. Təki bütün uğursuzluqlar köhnə ildə qalsın...

Murad Şahməmmədov

O.M.