Şamaxıda avtomobil qəzasında 4 nəfər öldü, 2 nəfər ağır yaralandı

Şamaxıda avtomobil qəzasında 4 nəfər öldü, 2 nəfər ağır yaralandı

2 Yanvar 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonu, Meysəri kəndində (rayon mərkəzindən 6 km aralı) "Mercedes" və "Nissan" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı avtomobilin sürücüsü - 1975-ci il təvəllüdlü Yalçın Fətullayev, "Nissan" markalı avtomobilin sürücüsü - 1975-ci il təvəllüdlü Həbib Bağır oğlu Həmidov, sərnişinləri - 2006-cı il təvəllüdlü Amil Həbib oğlu Həmidov və 2008-ci il təvəllüdlü Gülşən Həbib qızı Həmidova ölmüş, 2 nəfər sərnişin yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər hər iki nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədləri və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

O.M.