Azərbaycanın qaynar nöqtələri

Azərbaycanın qaynar nöqtələri

2 Yanvar 2012 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Təqvimin ilk günlərində bir neçə yerdə yanğın baş verdi

Azərbaycan respublikası Fövqəladə Hallar nazirliyi məlumat verir ki, yeni təqvim ilinin ilk günlərində Azərbaycanın bir neçə yerində yanğın hadisəsi qeydə alınıb.

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyalardan ibarət ev və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. Yanğın saat 10:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçay rayonu, Çərəcə kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonu, Çökəkoba kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin eyvanında kombi aparatı və taxta tullantıları 3 kv.m sahədə yanıb. Yanğın saat 01:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlədə çardağın yanar konstruksiyaları 35 kv.m sahədə və çardağa yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Yanğın zamanı tövlədə olan 3 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 4 kv.m sahədə yanıb. Yanğın saat 14:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus umumi sahəsi 27 kv.m olan 1 otaqlı evdə "LC" markalı kondisionerin mühərrik hissəsi yanıb. Yanğın saat 17:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda Bakı-Sumqayıt şosesinin 21-ci kilometrliyində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salonu yanıb. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülüb.

Ağdam rayonu, Quzanlı qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.