Sumqayıtda sərxoş sakini xilasedicilər azad etdilər

Sumqayıtda sərxoş sakini xilasedicilər azad etdilər

2 Yanvar 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman vətəndaş içkili vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 19:32-də başa çatmışdır.

O.M.