Gəncədə avtomobil işıq dirəyini aşırdı

Gəncədə avtomobil işıq dirəyini aşırdı

2 Yanvar 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə zəruri təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:05-də başa çatmışdır.

O.M.