Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

2 Yanvar 2012 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonu, Qarasu kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşlara məxsus "Mercedes" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobillərdən birinin sürücüsü və sərnişinlərindən biri hadisə yerində ölmüş, digəri yaralanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər cəsədləri və yaralını xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Qəzada yaralanmış digər avtomobilin sürücüsü və sərnişini xilasedicilər çatana kimi Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılmışlar. Əməliyyat saat 22:05-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.