Bakıda bir neçə qanunsuz totalizator obyekti bağlanıb

Bakıda bir neçə qanunsuz totalizator obyekti bağlanıb

20 Aprel 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi tərəfindən verilən məlumatda bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz totalizator fəaliyyətini davam etdirdiyinə görə bir neçə iaşə obyektlərinin fəaliyyətinə son qoyub.

Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilib. Nərimanov rayonu, F. X. Xoyski prospekti 87 ünvanda yerləşən, vətəndaş Əsgərov Azər Allahyar oğluna məxsus "NTV+", Xətai rayonu, M. Hadi küçəsi, ev 25 ünvanda yerləşən, Hüseynzadə Aslan İlyas oğluna məxsus "Az-bet", Suraxanı rayonu, Əmircan qəsəbəsi, M. Mustafayev küçəsi, ev 7 ünvanda yerləşən Əsgərov Rəşid Fərhad oğluna məxsus "Qalatasaray", Yasamal rayonu, F. Ağayev küçəsi ilə Z. Xəlilov küçəsinin kəsişməsi ünvanında yerləşən Kərimov Tural Rövşən oğluna məxsus "Aspirant", Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda yerləşən Əliyev Ramin Musa oğluna məxsus "Qalatasaray" və Xəlilova Mahizər Ağaxan qızına məxsus "Çay evi" obyektlərində qanunsuz fəaliyyətlərini təsdiq edən 1 ədəd noutbuk, 8 ədəd kompüter prosessoru, 3 ədəd möhür, 1.101 manat nağd pul vəsaiti, "qara mühasibatlıq" sənədləri, müxtəlif firmalara məxsus yüzlərlə sayda vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar aşkar olunaraq götürülüb.

Qumarın əvvəli olsa da, axırı olmaz...

Elvin Babayev

O.M.