Qanunsuz yolla ölkəyə mobil telefonlar və aksesuarlar gətirilməsinin qarşısı alınıb

Qanunsuz yolla ölkəyə mobil telefonlar və aksesuarlar gətirilməsinin qarşısı alınıb

6 İyun 2018 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətinə istinadən verdiyi xəbərər görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd "Samsung Galaxy Grand Prime pro 2018", 5 ədəd "Samsung Galaxy J3 2017" markalı mobil telefonlar, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.