"Qarabağ" o futboçuya görə 166 min avro ödəyib

"Qarabağ" o futboçuya görə 166 min avro ödəyib

4 İyun 2018 15:27
119
Bəyəndim (0) Bəyənmədim (0)

Mövsümün sonlarında "Qarabağ"dan ayrılan Pedro Enrikenin Ağdam təmsilçisi ilə başa çatmış müqaviləsinin detalları açıqlanıb.

Qol.az-ın Yunanıstan "Metrosport" nəşrinə istinadən yaydığı xəbərə görə, "Qarabağ" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 166 min avro pul verib. Bu pulla isə PAOK digər oyunçusu Aleksandris Paşalakisin maaşını ödəyib. Pedro Enrikenin özünün "Qarabağ"da nə qədər qazanması haqda isə məlumat verilməyib.

Xəbərdə 28 yaşlı futbolçunun PAOK-dakı gələcəyi haqda da yazıbb. Yunanıstan mətbuatı Pedronun komandada qalıb-qalmayacağının misirli yarımmüdafiəçi Amr Vardanın satılıb-satılmayacağından asılı olduğunu yazıb.

Qeyd edək ki, ötən mövsüm "Qarabağ"da 19 oyun keçirən Enrike 3 qol vurub və 2 məhsuldar ötürmə edib.