Moskvada rüşvətxor erməni deputat 7 il həbs cəzasına məhkum edildi

Moskvada rüşvətxor erməni deputat 7 il həbs cəzasına məhkum edildi

1 İyun 2018 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva məhkəməsi əslən erməni olan keçmiş rusiyalı deputat Aşot Yeqiazaryanı 7 il qiyabi həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin onu 700 min rubl məbləğində də cərimələyib.

Yeqiazaryanla bərabər, onun köməkçiləri Vitali Qoqoxiya və Maksim Kloçin 4 il həbs cəzasına məhkum edilib. Eks-deputatın qardaşı Artyom Yeqiazaryan isə 600 min rubl məbləğində cərimələnib və 5 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Yeqiazaryan Liberal Demokrat Partiyasının üzvüdür. Hazırda ABŞ-da yaşayan eks-deputat 7 milyard rubl vəsaiti mənimsəməkdə ittiham edilib.