Gəncədə böyrək alverçisinə hökm oxundu

Gəncədə böyrək alverçisinə hökm oxundu

19 Aprel 2011 19:59
Bəyəndim (0) Bəyənmədim (0)
O, 3000 manat müqabilində tanışını cərrahi əməliyyata məcbur etdi

Məh­kə­mə in­sa­nın da­xi­li or­qan­la­rı­nın sa­tı­şı ilə məş­ğul olan qa­dı­na 12 il həbs cə­za­sı ve­rib

Gən­cə Ağır Cə­za Məh­kə­mə­sin­də in­sa­nın da­xi­li or­qan­la­rı­nın sa­tı­şın­da təq­sir­lən­di­ri­lən Bər­də ra­yon sa­ki­ni İra­də Sə­fi­xa­no­va­ya hökm oxu­nub.

Təq­sir­lən­di­ri­lən şəxs Ci­na­yət Mə­cəl­lə­si­nin in­san or­qan­la­rı­nın və ya to­xu­ma­la­rı­nın al­qı-sat­qı­sı və on­la­rın transplan­ta­si­ya məq­sə­di ilə gö­tü­rül­mə­si­nə məc­bur et­mə (137), hə­yat və sağ­lam­lıq üçün təh­lü­kə­li olan zor tət­biq et­mək­lə və ya be­lə zor tət­biq et­mək hə­də­si ilə, zə­rər­çək­miş şəx­sin or­qan­la­rın­dan və ya to­xu­ma­la­rın­dan is­ti­fa­də et­mək məq­sə­di­lə in­san al­ve­ri et­mək (144-1.2.7, 144-1.2.9) mad­də­lə­ri ilə it­ti­ham olu­nub.


"Hər şey bor­ca gö­rə baş ve­rib"

İt­ti­ha­ma gö­rə, İra­də Sə­fi­xa­no­va Es­mi­ra Na­i­bo­va ad­lı həm­yer­li­si­nə 3 min ma­nat borc pul ve­rib. La­kin son­ra­dan Es­mi­ra Na­i­bo­va bor­cu­nu qay­ta­ra bil­mə­yib. O, pu­lun qay­ta­rılma­ma­sı mü­qa­bi­lin­də böy­rək­lə­ri­nin transplan­ta­si­ya edil­mə­si ba­rə­də İra­də Sə­fi­xa­no­va ilə ra­zı­lı­ğa gə­lib. İra­də Sə­fi­xa­no­va isə ta­nı­şı Adi­lə Ab­dul­la­ye­va­nın böy­rə­yə eh­ti­ya­cı ol­du­ğu­nu de­yə­rək, onu Es­mi­ra ilə ta­nış edib.


"Böy­rək əmə­liy­ya­tı Teh­ran­da apa­rı­lıb"

İra­də Adi­lə­yə Es­mi­ra­nın böy­rək­lə­ri­nin kö­çü­rül­mə­si üçün qo­hum­la­rı­nın da ra­zı ol­du­ğu­nu bil­di­rib. Bun­dan son­ra Adi­lə Es­mi­ra ilə bir­lik­də İra­n İs­lam Res­pub­li­ka­sı­nın Teh­ran şə­hə­ri­nə yo­la dü­şüb. Teh­ran şə­hə­rin­də yer­lə­şən "Ha­şi­mi Ne­yad" böy­rək­kö­çür­mə mər­kə­zin­də Es­mi­ra­nın sol böy­rə­yi əmə­liy­yat yo­lu ilə Adi­lə­yə kö­çü­rü­lüb. Bu­nun mü­qa­bi­lin­də isə Adi­lə Es­mi­ra­ya 10 min ma­nat pul ödə­yib. Azər­bay­ca­na qa­yı­dan qa­dın böy­rək­siz ya­şa­ma­sın­dan əziy­yət çə­kib. Bu sə­bəb­dən də ba­şı­na gə­lən­lər ba­rə­sin­də hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na şi­ka­yət edib. Onun şi­ka­yə­ti əsa­sın­da İra­də Sə­fi­xa­no­va həbs olu­nub.

Bi­rin­ci məh­kə­mə instan­si­ya­sı

İra­də Sə­fi­xa­no­va­nın ba­rə­sin­də top­lan­mış sü­but­lar Ağır Ci­na­yət­lə­rə Da­ir İş­lər üz­rə Məh­kə­mə­yə gön­də­ri­lib. Hə­min vaxt ci­na­yət işi məh­kə­mə­nin ha­ki­mi Kə­ra­mət Əli­ye­vin ic­ra­a­tı­na ve­ri­lib. Kə­ra­mət Əli­ye­vin sədrli­yi ilə ke­çi­ri­lən məh­kə­mə araş­dır­ma­sı za­ma­nı Baş Pro­ku­ror­lu­ğun Ağır Ci­na­yət­lə­rə Da­ir İs­tin­taq İda­rə­si­nin top­la­dı­ğı faktlar sü­bu­ta ye­ti­ril­mə­yib.


Və bə­ra­ət hök­mü

Məh­kə­mə yo­lu ilə mü­əy­yən edi­lib ki, Es­mi­ra Na­i­bo­va böy­rək­lə­ri­nin kö­çü­rül­mə­si­nə kö­nül­lü ra­zı olub və bu­nun mü­qa­bi­lin­də də kül­lü miq­dar­da pul alıb. Bu­na gö­rə də məh­kə­mə İra­də Səfixanova­nın əmə­lin­də ci­na­yət tər­ki­bi­nin ol­ma­ma­ğı qə­na­ə­ti­nə gə­lib. Məh­kə­mə İra­də Sə­fi­xa­no­va­nın ba­rə­sin­də olan ci­na­yət işi­nə xi­tam ve­rə­rək, ba­rə­sin­də bə­ra­ət hök­mü çı­xa­rıb.

Gən­cə Ağır Cə­za Məh­kə­mə­sin­də çı­xa­rı­lan hökm

Hə­min hökmdən na­ra­zı qa­lan Baş Pro­ku­ror­luq apel­ya­si­ya pro­tes­ti ve­rib. Gən­cə Ap­el­ya­si­ya Məh­kə­mə­sin­də pro­ku­ror­lu­ğun şi­ka­yə­ti­nə ba­xı­lıb. Araş­dır­ma za­ma­nı məh­kə­mə pro­ku­ror­lu­ğun şi­ka­yə­ti­ni əsas­sız he­sab edib və tə­min edil­mə­məyi ba­rə­də qə­rar çı­xa­rıb. Hə­min qə­rar­dan pro­ku­ror­luq kasa­si­ya şi­ka­yə­ti ve­rib. Ali Məh­kə­mə şi­ka­yə­tə ba­xa­raq İra­də Sə­fi­xa­no­va­nın ba­rə­sin­də olan hök­mü ləğv edib və işin ye­ni­dən bi­rin­ci məh­kə­mə instan­si­ya­sın­da araş­dı­rıl­ma­sı ba­rə­də qə­rar çı­xa­rıb. Ali Məh­kə­mə­nin çı­xar­dı­ğı qə­rar­dan son­ra bi­rin­ci məh­kə­mə instan­si­ya­la­rı re­gi­on­la­ra bö­lün­dü­yü üçün İra­də Sə­fi­xa­no­va­nın ci­na­yət işi araş­dı­rıl­ma­sı üçün Gən­cə Ağır Cə­za Məh­kə­mə­si­nə gön­də­ri­lib. Sö­zü­ge­dən Məh­kə­mə­də İra­də Sə­fi­xa­no­va­nın ci­na­yət işi­nə ye­ni­dən ba­xı­lıb və ye­ni hökm çı­xa­rı­lıb.

Məh­kə­mə­nin hök­mü ilə İra­də Sə­fi­xa­no­va 12 il müd­də­ti­nə azad­lıq­dan məh­rum edi­lib.

Qeyd edək ki, 2008-ci il­də İra­də Sə­fi­xa­no­va­nın ba­rə­sin­də bə­ra­ət hök­mü çı­xa­ran ha­kim Kə­ra­mət Əli­yev Gən­cə Ağır Cə­za Məh­kə­mə­si­nin sədridir.


Son söz əvəzi

Həyatda ilahi ədalət prinsipi mövcuddur. Biz bunu istəsək də, istəməsək də. Allah insanın əvvəlcə ağlını, sonra malını, ən sonda isə canını alır.

İnarə Rafiqqızı

O.M.