Türkiyədə azyaşlını 7 nəfər zorladı

Türkiyədə azyaşlını 7 nəfər zorladı

4 Aprel 2011 01:45
924
Bəyəndim (0) Bəyənmədim (0)
Onların arasında qızın sevgilisi də var idi

Türkiyədə - Maltəpədə 16 yaşındakı N.G-nı zorladıqları iddiasıyla nəzarət altına alındıqdan sonra Qartal Ədliyyəsinə təslim edilən 18 yaşından kiçik 7 adam həbs olundu. Həbs olunanların arasında N.G-nın sevgilisi 16 yaşındakı A. İ. də var. İlkin istintaqa məlum olub ki, qız bir həftə boyunca evdə dustaq kimi saxlanılaraq, mütəmadi surətdə zorlanırmış.

Qartal Ədliyyəsinə aparılan B.G, Ö.C ilə 18 yaşından kiçik M.F.K, E.Ö, A. İ, B. K, A.İ. (yaşları kiçik olduğu üçün adları tam açıqlanmır) həbs olunaraq Maltəpə həbsxanasına göndərildilər. Şübhəliləri Ədliyyə binası qarşısında gözləyən zirehli vasitələr həbsxanaya çatdırdı.

O.M.