Rusiya mənşəli "çirkli pulların" yuyulması araşdırılır

Rusiya mənşəli "çirkli pulların" yuyulması araşdırılır

29 Mart 2018 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyalı millət vəkilləri ölkədə çirkli pulların yuyulmasının miqyasını araşdıracaqlar. Bura Rusiya mənşəli olduğu güman edilən "çirkli pullarla" alınmış daşınmaz əmlak üzrə əməliyyatlar da daxildir.

Britaniya ilə Rusiya arasında münasibətlər ölkənin cənubunda sabiq Rusiya casusu ilə onun qızına kimyəvi maddə ilə hücumdan sonra kəskin şəkildə pisləşib.

Britaniya parlamentinin Maliyyə komitəsi həmçinin terrorçuluq fəaliyyətinin maliyyələşməsi məsələsinə də nəzər salacaq.

Bəzi iddialara görə, Böyük Britaniyada 4.4 mlrd. funt dəyəri olan əmlak mənbəsi şübhə doğuran vəsaitlərlə alınıb və bu mülkün beşdə birinə ruslar sahibdirlər.

"İddia olunur ki, Britaniya, xüsusilə də London xaricdə cinayətkarlıq və korrupsiya ilə bağlı fəaliyyətdən əldə olunmuş "çirkli pulların" yuyulması məkanına çevrilməkdədir", - Maliyyə komitəsinin sədri Nicky Morgan deyib.

Korrupsiya ilə mübarizə üzrə Transparency International təşkilatının mart ayındakı bəyanatında deyilir ki, Britaniyanın nisbətən sərbəst vergi sistemi və ofşor qaydalarının məxfiliyi Rusiyadan mənbəyi şübhə doğuran pulların ölkəyə gəlməsinə imkan yaradıb.bbc.com-azeri