İrandan gələn avtomobildə  heroin və metamfetamin aşkar olunub-video

İrandan gələn avtomobildə heroin və metamfetamin aşkar olunub-video

29 Mart 2018 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Medianfo.az saytının DGK Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Qabil İbrahim oğlu İsayevin idarə etdiyi "Opel Omega" markalı, 90-HG-335 dövlət nömrə nişanlı həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, avtomobilin arxa sağ və sol təkərlərinin saxlanması üçün nəzərdə tutulan dayaqların metal boşluqlarında 22 ədəd bağlamada, xalis çəkisi 2275 qram olan narkotik vasitə - heroin, 7 ədəd bağlamada isə xalis çəkisi 410 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti