Lənkəranda Mercedes markalı maşın ağaca çırpılıb

Lənkəranda Mercedes markalı maşın ağaca çırpılıb

19 Aprel 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən aldığımız operativ məlumata görə, aprelin 19-da saat 03.30 radələrində Lənkəran rayonunun Bürcəli kəndi ərazisində Astara rayon sakini Etibar Ziyadov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə E.Ziyadov və sərnişini, həmyerlisi Tərlan Zaidov hadisə yerində ölmüşlər.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Ehtiyatlı olun, yoldakı şeytan hələ də öz postundadır...

Hafiz Əhmədov

O.M.