Ziya Məmmədovla Arif Əsgərovun dövlətə verdiyi daha bir badalaq üzə çıxdı

Ziya Məmmədovla Arif Əsgərovun dövlətə verdiyi daha bir badalaq üzə çıxdı

29 Mart 2018 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmir yolu xəttində sərnişin qatarlarının alınması ilə bağlı vaxtilə səhlənkarlıq edildiyi haqda sensasion sayıla biləcək açıqlamalar verib

Azərbaycanın regional ticarət-tranzit mərkəzinə çevrilməsi istiqamətində ciddi işlər görülür. Birbaşa ölkə rəhbərliyinin diqqətində olan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində irihəcmli layihələr həyata keçirilir.

Belə mühüm layihələrdən biri də Bakı-Tiflis-Qars dəmiryol xəttidir. Tikintisinə 10 ildən çox vaxt gedən xəttin rəsmi açılışı ötən ilin oktyabrında baş tutub. Elə o vaxtdan da cəmiyyəti yolun istismara tam hazır olacağı, sərnişindaşımalarının başlanacağı müddət maraqlandırır.

Azərbaycan Dövlət Dəmir Yolu ASC-nin sədri Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Bunun səbəbi isə 3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: "Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik".

A.Qurbanov ad çəkməsə də hər kəs bilir ki, onun verdiyi bu açıqlamada söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan və "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş rəisi Arif Əsgərovdan gedir. Bu iki şəxsin Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Görünür, Məmmədov-Əsgərov tandeminin talançılığının altını hələ bir neçə il də çəkməli olacağıq. Xatırladaq ki, Arif Əsgərovun korrupsiya əməlləri haqda beynəlxalq mediada çox yazılıb.

Arif Əsgərov Ziya Məmmədov ile ilgili görsel sonucu

"OCCRP"nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları onun İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti "Bombardier Transportation"la bağladığı müqavilənin aqibəti barədə silsilə yazılar dərc ediblər. Bu mövzuda istər xarici mediada, istərsə də Azərbaycan mediasında artıq neçə ildir ki, yazılır. Oxuculara xatırlatma üçün həmin yazılardan birinin linkini təqdim edirik: (http://musavat.com/news/arif-esgerovun-adi-kecen-korrupsiya-isinde-yeni-gelisme-toyuq-ve-inek-saxlayan-kendli-nece-milyoncu-olub_425381.html).