Eynulla Fətullayevdən Cavid Qurbanova sərt ittihamlar

Eynulla Fətullayevdən Cavid Qurbanova sərt ittihamlar

28 Mart 2018 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist Eynulla Fətullayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova qarşı sərt ittihamlar səsləndirib.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bu barədə jurnalist sosial şəbəkədə yazıb. Həmin statusu təqdim edirik:

"Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı? "Dəmir Yolları" QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı biz "Stolıpin vaqonları"na qayıdardıq. Buna görə gə sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək! Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Dağdan enən bu adam hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Onda biz qatarları neynirik? Təki pul gəlsin!"