Gəncədə Samux sakininin meyiti aşkar edildi

Gəncədə Samux sakininin meyiti aşkar edildi

30 Noyabr 2011 20:24
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Gəncənin Xanlar küçəsində Maşın bazarı yaxınlığında naməlum kişi meyiti tapılıb. Yerli sakinlər bu barədə polisə məlumat veriblər. Dərhal əraziyə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı Mərhumun Samux rayonu Tatlı kənd sakini 1960-cı il təvəllüdlü Fədail İdris Oğlu Məmmədov olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb. Ekspertiza zamanı F.Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyi müəyyən edilib.

O.M.