Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alındı

30 Noyabr 2011 19:32
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, noyabrın 30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.4; 120.2.5; 120.2.7; 120.2.11; 181.3.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Mansur Musa oğlunun yanına görüşə gəlmiş həyat yoldaşı, vətəndaş Tağıyeva Çiçək Müzəffər qızının üzərinə baxış keçirilən zaman paltarının gizli saxlanc yerində 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

O.M.