Xırdalanda yaşayış evində partlayış oldu

Xırdalanda yaşayış evində partlayış oldu

30 Noyabr 2011 19:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Xırdalan şəhərində yaşayış evində partlayış qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin hamam otağında həcmi 5 litr olan qaz balonu partlayıb. Nəticədə, ümumi sahəsi 5 kv.m olan hamam otağının lambirindən ibarət asma tavanı dağılıb. Parlayış nəticəsində yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.