Özünü MTN-in polkovniki kimi təqdim edən şəxs 13 il həbs cəzası aldı

Özünü MTN-in polkovniki kimi təqdim edən şəxs 13 il həbs cəzası aldı

30 Noyabr 2011 18:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki kimi təqdim edərək, dələduzluqla məşğul olmaqda təqsirləndirilən Əlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Əliyev vətəndaşları dövlət orqanlarına işə düzəltmək adı ilə aldadaraq onların pullarını mənimsəyib.

O.M.