Rusiyada 37 Azərbaycan vətəndaşı yol qəzasına düşdü

Rusiyada 37 Azərbaycan vətəndaşı yol qəzasına düşdü

30 Noyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

"RİA-Novsoti" xəbər agentliyinin məlumatına görə, qəza noyabrın 30-da səhər saatlarında Volqoqrad-Elista yolunun 69 km-də, Volqoqrad vilayətinin Svetloyarsk rayonu ərazisində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Avtobusda olan 37 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Texniki baxışdan sonra avtobusun yoluna davam edib-etməyəcəyinə qərar veriləcək.

O.M.