Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verdi

Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verdi

30 Noyabr 2011 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, noyabrın 29-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən 141-ci kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1964-cü il təvəllüdlü Sərdar Rüstəm oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı, 15 JB 528 dövlət nömrə nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan Salyan şəhər sakini, 1973-cü il təvəllüdlü Məmməd Məhəmməd oğlu Nağıyevin idarə etdiyi "VAZ-21093" markalı, 02 BA 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2107"in sərnişinləri, Cəlilabadın Ağdaş kənd sakini, 1965-ci il təvəllüdlü Sərfi Mirzağa qızı Abdullayeva və Masallı rayonunun Təklə kənd sakini, 1959-cu il təvəllüdlü Narxanım Rüstəm qızı Vəliyeva kəllə-beyin travması, qaşüstü nahiyənin əzilmiş yarası və sağ saidin sınığı diaqnozu ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Hərə öz yolu ilə getsə, heç kimin maraqları toqquşmaz...

Hafiz Əhmədov

O.M.