
DİN və FHN-i ayağa qaldıran telefon xuliqanı axtarışdadır
Yasamal Rayon Polis İdarəsindən bildirilir ki, dünən axşam saatlarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən naməlum şəxs Yasamal rayonu, Z. Xəlilov küçəsi, bina 18/46, mənzil 6 ünvanına bomba qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb, həmin ünvana baxış keçirilib. Məlumat təsdiqini tapmayıb. Həyata keçirilən tədbirlər nəticəsində anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda polisə yalan məlumat verən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.
Yalançının evi yandı, inanan olmadı...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər