Rusiyada məscidi partlatmaq istəyən fəhlə tutuldu

Rusiyada məscidi partlatmaq istəyən fəhlə tutuldu

29 Noyabr 2011 20:26
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının R.F. İstintaq Komitəsinə istinadən yaydığı məlumata görə, Kalininqrad şəhərində inşa olunan məscidi partlatmaq istəyən fəhlə tutulub. "Lerroy" şirkətində çalışan 20 yaşlı qaynaqçı 27 noyabr günü yerli vaxtla 21:30 radələrində şəhərin Moskva rayonunun Dzerjinski küçəsində yerləşən məscidə daxil olaraq, binanı partlatmağa cəhd göstərib. O, kustar üsulla hazırladığı oksigen və propanla dolu balonların üstünə yanacaq tərkibli rəng tökərək izi çıxışadək aparmışdı. Ehtimallara görə, terrorçu yanacaq tərkibli boya maddəsini kənarda alışdırmaq istəyirdi ki, içəridə partlayış baş versin.

N.Anatoliy adlı cinayətkar dindirilmə zamanı günahını etiraf edərək əməlini digər dinlərə duyduğu nifrətlə izah etdi. O, RF.CM-nin 30-cu və 205-ci maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, 2010-cu ilin dekabrında inşa olunmağa başlayan məscid bir neçə dəfə ətraf ərazilərdə yaşayan yerli sakinlərin etiraz aksiyalarına səbəb olub.

Dinlər müxtəlif olsa da, Yaradan birdir...

Sərvər Aslanov

O.M.