Rusiyada şəhər merini arvadının məşuqu öldürdü

Rusiyada şəhər merini arvadının məşuqu öldürdü

29 Noyabr 2011 19:45
Bəyəndim (0) Bəyənmədim (0)
Mərhum beysbol taxtası ilə qətlə yetirildi

27 noyabr günü Rusiyanın Çelyabinsk vilayətinin Minyar şəhərində qanlı hadisə baş verdi. Rusiya mətbuatının Federal İstintaq Komitəsinə istinadən yaydığı məlumata görə, şəhər Administrasiyasının rəhbəri Dmitriy Savreyev arvadının məşuqu tərəfindən qətlə yetirildi. Cinayətə səbəb kimi məişət münaqişəsi göstərilir.

Polisin məlumatına görə, bazar günü səhər Savreyev sabiq arvadı və 8 yaşlı oğlu ilə ailə tədbirindən geri qayıtmışdı. Bu zaman ər-arvad arasında mübahisə yarandı və tezliklə fiziki münaqişəyə çevrildi. Şəhər rəhbəri arvadını oğlunun gözü qarşısında döydükdən sonra qadın oğlu ilə bərabər hadisə yerini tərk etdi. Birbaş məşuqunun yanına gələrək sabiq ərinin əməlləri barədə ona məlumat verdi. Məşuq beysbol taxtasını götürərək, merin evinə gəldi və başına ardıcıl olaraq bir neçə zərbə vurub Savreyevi qətlə yetirdi.

Qatil Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinir.

Rus milli mentalitetinə görə arvadı vurmaq olmaz. Çünki məşuqu ola bilər...

Sərvər Aslanov

O.M.