Sumqayıtda məktəbli dəm qazından boğuldu

Sumqayıtda məktəbli dəm qazından boğuldu

29 Noyabr 2011 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər polis idarəsindən bildirilir ki, Sumqayıt şəhəri Xəzər bağları massivində yaşayan 14 yaşlı Səbinə Yaşar qızı Həbibullayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Daha bir məktəbli - Sumqayıt şəhər sakini, 16 yaşlı Xanım Məmmədzadə isə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, son günlər Sumqayıt şəhərində dəm qazından zəhərlənənlərin sayı kəskin artıb. Belə ki, noyabr ayı ərzində Sumqayıtda 20-ə yaxın sakin dəm qazından zəhərlənib.

O.M.