Bakıda kafe işçiləri  müştərini bıçaqlayıblar

Bakıda kafe işçiləri müştərini bıçaqlayıblar

15 Mart 2018 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda kafedə dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, 8-ci kilometr qəsəbəsində yerləşən kafedə müştəri qismində əyləşən 1986-ci il təvəllüdlü Həmidov Elçin Lütfəli oğlu müəssisə əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.