Narkotiklə tutulmuş AXCP üzvünün kasasiya şikayəti təmin olunmadı

Narkotiklə tutulmuş AXCP üzvünün kasasiya şikayəti təmin olunmadı

29 Noyabr 2011 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ali Məhkəmədə AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın kasasiya şikayətinə baxılıb. Vəkil Əsabəli Mustafayevin jurnalistlərə verdiyi məlumata görə, prosesdə kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. Ə. Mustafayev bu gün keçirilən prosesə Cabbar Savalanın gətirilmədiyini bildirib: "Baxmayaraq ki, onun məhkəməyə gəlmək hüququ var idi, lakin məhkəmə onu bu hüquqdan məhrum etdi". Ə. Mustafayev Cabbar Savalanın barəsində olan hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini də bildirib.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C.Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. C. Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O.M.