İslam Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası təmin olunmayıb

İslam Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası təmin olunmayıb

29 Noyabr 2011 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia ərizəsi üzrə baxış iclası keçirilib. AİP mətbuat xidmətindən verilən məlumata görə, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda iddia ərizəsi əsassız hesab olunub.

Qeyd edək ki, oktyabrın 26-da AİP 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə BŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət etmişdi. İddia ərizəsində İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanıb, bu qurumun partiyaya 5000 manat təzminat ödəməsi və aksiya üçün münasib yer ayırması tələb olunub.

O.M.