Xeyli miqdarda qeyri-qanuni mobil telefon və aksesuarları aşkarlanıb

Xeyli miqdarda qeyri-qanuni mobil telefon və aksesuarları aşkarlanıb

13 Mart 2018 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Xeyli müqdarda qeyri-qanuni mobil telefon və aksesuarları aşkar edilərək müsadirə olunub.

Medianfo.az-a Gömrük komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd "qulaqcıq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.