"Xəzər Xəbər"də  "AliExpress"-dən alınan çanta ixtira kimi təqdim edildi-Video

"Xəzər Xəbər"də "AliExpress"-dən alınan çanta ixtira kimi təqdim edildi-Video

13 Mart 2018 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı tələbə "AliExpress" onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edib.

"Xəzər Xəbər"ə müsahibə verən Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev İKT sahəsində daha bir yeniliyə imza atdığını, çox funksiyalı enerji yığıcı və ötürücü xüsusiyyətinə sahib bel çantası ixtira etdiyini deyib. O, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss etdiyini bildirib. Daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı "ərsəyə gətirib".

Ancaq məlum olub ki, gənc oğlanın ixtirası olduğunu iddia etdiyi çanta "AliExpress" onlayn alış-veriş saytında satışda var. Yəni N. Quliyev alış-veriş saytından aldığı çantanı ixtirası kimi təqdim edərək yalan danışıb.

"Xəzər Xəbər"in çanta ilə bağlı hazırladığı sujet sosial şəbəkələrdə müzakirələrə səbəb olub. //Primetime.Az

"Xəzər Xəbər" izləyicilərini belə aldatdı: "AliExpress"-dən alınan çanta İXTİRA KİMİ TƏQDİM EDİLDİ