Ağdaşda molla mollanı maşınla vurub öldürdü

Ağdaşda molla mollanı maşınla vurub öldürdü

29 Noyabr 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Yuxarı Ləki kənd sakini, 1968-ci il təvəllüdlü Mehdiyev Vidadi Zeynal oğlu noyabrın 23-də yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Vidadi Mehdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Ağdaş RPŞ tərəfindən qəzanı törətmiş avtomobilin və sürücünün müəyyənləşdirilməsi üzrə əməliyyat-axtarış tədbirləri keçirilib və qəza törətmiş şəxs bu gün tutularaq istintaqa təhvil verilib.

Hadisənin Ucar rayonun Məlikballı kənd sakini, 1957-ci il təvəllüdlü Mayılov Ağanəzər Şəmən oğlunun idarə etdiyi 10 LF 388 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı maşınla törədildiyi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Məlumata görə sürücü A. Mayılov və piyada V. Mehdiyev yaşadıqları kəndlərin mollalarıdır.

O.M.