Bakı-Şamaxı yolunda ölümlə nəticələnən zəncirvarı avtomobil qəzası baş verdi

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən zəncirvarı avtomobil qəzası baş verdi

29 Noyabr 2011 13:43
803
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə noyabrın 28-də saat 22:00 radələrində yolun 13-cü kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Şamaxı sakini, 1970-ci il təvəllüdlü Əkbərov Zahid Vahid oğlunun idarə etdiyi 48 BB 639 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobil qarşı tərəfdən gələn, Abşeron sakini, 1960-cı il təvəllüdlü Abbasov Hacıqulu Babaş oğlunun idarə etdiyi 90 CN 648 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı və Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Bağırov Sakit Əlisahib oğlunun idarə etdiyi 10 UV 776 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "VAZ 21011"-in sürücüsü Zahid Əkbərov dünyasını dəyişib, digər avtomobillərin sürücüləri, eləcə də sərnişin - Cəlilabad sakini, 1977-ci il təvəllüdlü Rəsulov Mahir Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.